Ölkə

Bakıda təhlükəli yol: Hamı birtərəfli gedir

Bakının Yasamal rayonu, Alatava 2 qəsəbəsinin sakinləri hər gün Məhəmməd Xiyabani küçəsində dairəvi köməkçi yolda təhlükə ilə üzləşirlər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Onlar bildiriblər ki, ikitərəfli yolda ayırıcı xətlərin olmaması qəza təhlükəsi yaradır.

Milli.Az bildirir ki, həmçinin yol çox ensiz olduğundan hamı birtərəfli hərəkət edir.

Bununla yanaşı, ərazidə quraşdırılan 60 sürət həddini göstərən lövhəyə də məhəl qoyan yoxdur. Burada sürücülər tez-tez sürət həddini keçirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirib ki, yol-nişanlanma xətlərinin, boyalarının silinməsi və rənglərinin solması yoldakı hərəkət intensivliyi ilə əlaqədardır. Nişanlanma xətlərinin yenilənməsi isə plan üzrə, mərhələli şəkild əhəyata keçirilir, müvafiq işlər sözügedən küçədə də aparılacaq.

Ətraflı “ATV Xəbər”in süjetində:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button