Ölkə

Bakıda universitetin yataqxanalarını bit basdı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yataqxanalarını bit basıb. Söhbət ADPU-nun Dərnəgül qəsəbəsində yerləşən 2 və 3 saylı yataqxanalarından gedir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Keçmiş məcburi köçkünlərin yaşadığı bu çoxmərtəbəli binaların sakinləri 1 ilə yaxındır ki, bit-birə əlindən cana yığıldıqlarını deyirlər.

Milli.Az bildirir ki, məsələ ilə bağlı ADPU-dan “Xəzər Xəbər”ə bildirilib ki, bu yataqxanaların binası universitetin balansındadır.

Binanın komendantı isə deyib ki, evlərin bitlərdən təmizlənməsi üçün prosesi həyata keçirməli olan şirkətlə əlaqə saxlayıblar. MMC-dən bildirilib ki, onlarla Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yeni müqavilə bağlamalıdır ki, gəlib binada təmizlik işləri aparsınlar.

Qurumdan isə bildirilib ki, bu günə qədər Dövlət Komitəsinə qeyd edilən məsələ ilə bağlı müraciət daxil olmayıb.

Fakt yaxın günlərdə ətraflı araşdırılacaq. Yaranmış problemin aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsi üçün bütün lazımi tədbirlər həyata keçiriləcək.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button