Bakıda uzun müddət bağlı olan yol açıldı – Sürücülərə ŞAD XƏBƏR

Bakıda uzun müddət bağlı olan yol açıldı - Sürücülərə ŞAD XƏBƏR

Paytaxtda uzun müddət bağlı olan yol açılıb.

Milli.Az xəbər verir ki, Bakının Səbail rayonu ərazisində, Badamdar avtomobil yolunun Badamdar qəsəbəsindən 20-ci Sahə qəsəbəsi istiqamətində olan hissəsi (Badamdar – 20-ci Sahə yolu) avtomobillərin hərəkəti üçün açılıb.

Magistralın bir hissəsi (əvvəllər bir neçə dəfə sürüşmə baş verib) nəqliyyatın hərəkəti üçün açıqdır. Bu, Azneft dairəsinə (şəhərin cənub girişi) yaxşı alternativdir. Qeyd edək ki, yol 20-ci sahədən Badamdar kəndi istiqamətində və oradan keçərək Nəbatat bağı, Parlament prospekti, Yasamal və s. istiqamətə aparır.


Milli.Az

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir