Ölkə

Bakıda yaşayış binası qəzalı vəziyyətdədir – sakinlər narahatdır

Xəzər rayonu, “Şimal Dres” deyilən ərazinin Dəniz küçəsi 3 ünvanında yerləşən üçmərtəbəli yataqxana tipli yaşayış binası qəzalı vəziyyətdədir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, binada 48 mənzil var.

Burada yaşayan sakinlər bildirir ki, bina qəzalı vəziyyətdədir.

Onların sözlərinə görə, öz hesabalarına dəfələrlə təmir etdirsələr də, hər dəfə binanın müxtəlif yerləri çökür. Bir neçə gün əvvəl isə 2-ci mərtəbənin tavanı uçub.

Bildirilir ki, əraziyə baxan 130 saylı Mənzil Kommunal İstismar İdarəsinin işçiləri elə həmin gün uçmuş hissələri təmizləmək adı ilə eyvandan yerə ataraq gediblər.

130 saylı Mənzil Kommunal İstismar İdarəsindın “Xəzər Xəbər”ə bildirildi ki, həmin bina qəzalı vəziyyətdə olduğundan əsaslı təmiri mümkün deyil, amma sabahdan uçmuş hissənin cari təmirinə başlanılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button