Ölkə

Bakıda yolda çəkilmiş bu dairə müzakirə yaratdı

Bakının Nərimanov rayonu, Ağa Nemətulla küçəsində asfalt üzərində qeyri-peşəkar formada çəkilmiş dairə müzakirələrə səbəb olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri tərəfindən çəkilən görüntülərdə dairənin sanki həyətdə oynayan uşaqlar tərəfindən çəkildiyi, gülməli vəziyyətin yarandığı qeyd olunur.

Belə aydın olur ki, dairəvi hərəkətin təşkil olunduğu yolayrıcında sarı tor və digər nişanlanma xətləri silinib. Əvəzində qeyri-peşəkar formada dairə çəkilib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən dairə AYNA tərəfindən çəkilməyib: “Qeyd olunan yol kəsişməsində hərəkətin təşkili məqsədilə müvafiq yol nişanları qoyulub və nişanlanma xətləri çəkilib. Görüntüdə əks olunan dairə cizgisi isə tərəfimizdən təşkil edilməyib”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button