Ölkə
Bakıda yolu keçən gənci avtomobil vurub
Bakının Sabunçu rayonunda 26 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Mahmudov Nurlan Kazım oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun