Bakıda Zəfər yürüşü keçirilib – VİDEO

8 Noyabr – Zəfər Günü münasibətilə paytaxtın müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri keçirilib.
Milli.Az xəbər verir ki, yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, yürüşlər 4 marşrut üzrə keçirilib:
– Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – “AMAY” Ticarət Mərkəzi;
– Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrosu – İstiqlaliyyət küçəsi – Azneft dairəsi – Bəhram Gur heykəli;
– Q.Musabəyov parkı – Əbdürrəhim Bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı;
– “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev sarayı – İ. Nəsimi heykəli – Neftçilər prospekti.
Bundan başqa, Gəncə, Bərdə, Füzuli, Laçın şəhərlərində və Zəngilan rayonunda müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun