Ölkə

Bakıdakı bu məscid sovetlər dövründə anbar kimi istifadə edilib

Prezident İlham Əliyevin tapşırığı ilə Bakıda Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən və XVII əsrə aid Şah Abbas məscidində əsaslı təmir-bərpa işləri aparılıb, minarə qoyulub, ətraf ərazilər abadlaşdırılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən qısa müddət ərzində məscidin əsaslı təmiri və bərpası, yeni minarənin tikintisi ilə bağlı layihə hazırlanaraq razılaşdırılıb və müvafiq işlərə başlanılıb.

Layihəyə uyğun olaraq Şah Abbas məscidinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən müayinəsi aparılıb, mühəndis-müayinəsi və texniki vəziyyəti haqqında rəy verilib. Rəyə uyğun olaraq konstruksiya layihəsi hazırlanıb. Bünövrədə möhkəmləndirmə, binada isə mövcud mikroçatların aradan qaldrılması məqsədilə ineksiya işləri aparılıb. Möhkəmləndirmə işləri aparılarkən binanın ilkin tarixi görünüşünün qorunub saxlanılmasına xüsusi diqqət yetirilib, əlavə olaraq atmosfer təsirlərinə məruz qalmış fasad üzlük daşları bərpa olunub və yenilənib.

Nizami rayonu Şah Abbas məscidinin imamı Səfərov Sirac Qəni oğlu bu əlamətdar hadisə ilə bağlı danışarkən deyib: “Bu gün Keşlə qəsəbə sakinləri üçün, ibadət əhli üçün çox əlamətdar, sevindirici bir gündür. Çünkü Keşlədəki Şah Abbas məscidi qədim məscidlərdəndir və ölkəmizdə 2500-ə yaxın məscid var. O məscidlər içərəsindən sovetlər dövründə 17 məscid fəaliyyət göstərib. Əvvəllər bu məscid anbar kimi istifadə edilib”.

Qeyd edək ki, Şah Abbas məscidinin günbəz örtüyü dəyişdirilərək yenisi ilə əvəzlənib, binanın memarlıq üslubuna uyğun olaraq hündürlüyü 20 metr olan yeni minarə inşa edilib. Həyətdə yerləşən istifadəyə yararsız köməkçi tikili sökülərək 525 kvadratmetr sahədə yenidən inşa edilib.

Burada imam üçün otaq, ehsan zalı (80 yerlik), əlavə ibadət zalı (70 nəfərlik), kişi və qadınların dəstəmaz alması üçün otaqlar, mətbəx, anbar, qazanxana və təsərrüfat otaqları nəzərdə tutulub.

Məscidin həyətinə daxil olmaq üçün iki ədəd giriş qapısı və ümumi memarlıq üslubunu tamamlayan 52 metr uzunluğunda dekorativ hasar inşa edilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button