Siyasət

Bakıdan Paşinyana müraciət edildi… – Ekoloji fəlakət böyüyür…

Ermənistanın dağ-mədən sənayesində ekoloji norma və standartları kobul şəkildə pozmaqda davam edir. Bu isə nəinki təkcə Azərbaycan, bütövlükdə Cənubi Qafqaz üçün təhlükə deməkdir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Ermənistan isə bu niyyətindən əl çəkmək fikirində deyil. Xüsusilə Naxçıvanla sərhəddə ağır metalurgiya zavodunun tikintisinin aparılması insanlar üçün ciddi fəlakət siqnalıdır. Ermənistan KİV-lərin yaydığı xəbərlərə görə, təkcə həmin tikiləcək zavodun sahəsi 16 min 500 kvadratmetr olacaq.

“Zavodda ildə 180 min ton metal istehsalı nəzərdə tutulur”.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı deyir ki, bu həm də azərbaycana qarşı yeni bir təxribat kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, birmənalı şəkildə bunun qarşısı alınmalıdır

Beynəlxalq ekspertlərə Ermənistana gəlib yerində vəziyyəti qiymətləndirməyə şərait yaradılmalıdır. rəsmi irəvan indiyə qədər Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi sənədlərini də təqdim etməyib.

Səadət Bənənyarlı deyir ki, xüsusilə ağır metalurgiya fəaliyyətinin genişlənməsinə xaricdə olan ermənsitan lobbisi dəstək göstərir. Onların buradan əldə edilən gəlirlərlə Ermənistanın silahlanmasına və Azərbaycana qarşı təxribatlarda istifadə etmək niyyətləri var.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button