Ölkə

Bakıdan təklif gəldi, amma hələ tezdir

2024-cü ilin sonunda “Qazprom”la tranzit sazişi başa çatdıqdan sonra Ukrayna Azərbaycan qazının Ukrayna qaz nəqli sistemi (QTS) vasitəsilə tranziti ilə bağlı hələ də dəqiq razılığa gəlməyib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bunu Ukraynanın “Naftoqaz” şirkətinin rəhbəri Aleksey Çernışev deyib.

Onun sözlərinə görə, qaz nəqli sistemi dövlətin əsas aktivlərindən biridir və gələcəkdə

“Ukrayna qaz ixracatçısına çevriləndə” satış bazarına çıxışı təmin etmək üçün işləməlidir: “Bizim bu sistemi dayandırmaq hüququmuz yoxdur, çünki onu dayandırsaq, Avropa bazarı bir neçə ildən sonra özünü başqa təchizatçılara yönləndirəcək. Bizə Azərbaycandan biznesdən təklif gəldi, xüsusən də SOCAR-dan, amma indi hazır həll yoxdur və bu barədə danışmaq hələ tezdir”.

Xatırkadaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Bloomberg-ə müsahibəsində bildirib ki, Ukrayna “Qazprom”la tranzit sazişi başa çatdıqdan sonra Azərbaycan qazının öz ərazisi ilə Aİ-yə nəqli imkanlarını öyrənir.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button