Ölkə

“Bakıkart” tətbiqi nə zaman işləyəcək?

Yeni tədris ilinin başlanması ilə ictimai nəqliyyatdan istifadə daha da artıb. Lakin bir müddətdir ki, insanların geniş istifadə etdiyi “BakıKart” tətbiqi işləmir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, “BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

“Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”, – qurumdan qeyd olunub.

Avtobuslarda bank kartı ilə ödəniş nə vaxt mümkün olacağı barəsində isə bildiriblər ki, hazırda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir.

“Paralel olaraq bank kartları vasitəsilə də gediş haqqlarının ödənilməsinin təmin edilməsi istiqamətində işlər aparılır”, – qurumdan bildirilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button