Ölkə

Bakının bir küçəsində hərəkət məhdudlaşdırılacaq

Noyabr ayının 12-i səhər saat 8:00-dan axşam saat 17:00-dək Əbdülvahab Salamzadə küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsində yerləşən yolötürücüsündə təmir işləri aparılacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, aparılacaq işlərlə əlaqədar olaraq qeyd olunan vaxt müddətində yolötürücüsünə giriş Xutor tuneli istiqamətində məhdudlaşdırılacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir işlərinin aparıldığı müddət ərzində müvəqqəti olaraq Əbdülvahab Salamzadə küçəsinin yan yolundan istifadə etmələri xahiş olunur”, – məlumatda qeyd olunur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button