Ölkə

Bakının işıqsız işıqforları – VİDEO

Bakı şəhəri, Xətai rayonunun bəzi küçələrində yerləşən işıqforlar aylardır işləmir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət Xudu Məmmədov və Məhəmməd Hadi küçələrindən gedir.

Sürücülər bildirir ki, işıqforlar 4 ay əvvəl quraşdırılıb, amma o vaxtdan bəri rənglərini görmək onlara hələ qismət olmayıb.

Qeyd edək ki, işləməyən işıqforlar tıxacların yaranmasına səbəb olmaqla yanaşı, həm sürücüləri, həm də piyadaları təhlükə ilə üz-üzə qoyur.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, Bakının Xətai rayonunun Xudu Məmmədov və İlqar Zülfüqarov, Məhəmməd Hadi küçələrinin kəsişmələrində yeni işıqforların quraşdırılması yol hərəkətinin nizamlanması üçündür. Hazırda həmin yol kəsişmələrində işıqforların kommunikasiya xətlərinin çəkilməsi ilə bağlı iş aparılır. Bu işlər yekunlaşdıqdan sonra yol nişanları quraşdırılacaq və nişanlanma xətləri çəkilərək işıqforlar istifadəyə veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button