Ölkə
Bakının mərkəzində içməli su küçəyə axıdılır? – İDDİA

Bakının mərkəzi küçələrindən birində içməli suyun yola axdığı iddia edilib.
Paytaxtın Nəsimi rayonu Hüseynqulu Sarabski ilə Mərdanov qardaşları küçəsinin kəsişdiyi yolda yerin altından su çıxır.
Milli.Az bildirir ki, bu barədə BAKU.WS-in “Qaynar xətt”inə məlumat daxil olub.
Şikayətçi bildirir ki, xoşagəlməz hal artıq 8 aydır davam edir.
Problemlə bağlı “Azərsu”ya dəfələrlə müraciət də edilib. Lakin problem həllini tapmayıb.
Milli.Az