BAMF COP29-da konfrans təşkil etdi
BAMF COP29-da iqlim böhranına qarşı QHT-lərin rolu mövzusunda konfrans təşkil edib.
2024-cü il noyabrın 11-də COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən “İqlim böhranında QHT-lərin rolunun gücləndirilməsi: kənd təsərrüfatının davamlılığı, su idarəçiliyi və qida təhlükəsizliyinə dair əməkdaşlıq yanaşmaları” adlı panel müzakirəsi keçirilib.
Müzakirə zamanı Avropada iqlim dəyişmələrinə qarşı mübarizədə beynəlxalq və hökümətlərarası təşkilatlarla əməkdaşlığın vacibliyi, iqlim böhranının təsirlərinə qarşı kənd təsərrüfatının dayanıqlılığının təmin olunması məsələləri, qida təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyəti, iqlim dəyişmələrinin post-konflikt ərazilərdə kənd təsərrüfatı və ekoloji vəziyyət üzərindəki təsirləri və digər mövzularda çıxışlar dinlənilib.
Tədbirdə yerli və beynəlxalq ekspertlər, QHT-lər iştirak edib.
Panelin yekununda suallar cavablandırılıb, müzakirələr aparılıb.