İdman

“Barselona”nın futbolçuları xəstəliyə yoluxdu, “Yuventus”la oyun ləğv edildi

Barselonanın futbolçuları kütləvi şəkildə xəstəliyə yoluxub, Yuventusla oyun ləğv edilib

İspaniyanın “Barselona” futbol klubunun rəhbərliyi komanda üzvlərinin virusa yoluxması səbəbindən İtaliyanın “Yuventus”u ilə yoldaşlıq oyununu ləğv etmək qərarına gəlib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə “Barsa”nın mətbuat xidməti məlumat yayıb.

Klubdan bildirilib ki, heyətin əhəmiyyətli bir hissəsi qastroenterit xəstəliyinə tutulub.

İspaniya klubunun “Yuventus”la oyunu iyulun 23-də Bakı vaxtı ilə saat 06:30-da Kaliforniyada “Livays” stadionunda baş tutmalı idi.

“Barselona” həmçinin iyulun 27-də İngiltərənin “Arsenal”, iyulun 29-da İspaniyanın “Real Madrid”i və avqustun 1-də İtaliyanın “Milan”ı ilə oynamalıdır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button