İdman

“Barselona”nın hücumçusu PSJ-yə keçir

“Barselona”nın hücumçusu Usman Dembele karyerasını PSJ-də davam etdirəcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə fransalı futbolçu komanda yoldaşlarına bildirib. Məlumatı jurnalist Elena Kondis “Twitter” hesabında yayıb.

Daha əvvəl Kataloniya klubunun cinah oyunçusunun parislilərlə 2028-ci ilə qədər anlaşdığı bildirilib. PSJ-nin transfer üçün 50 milyon avro ödəyəcəyi qeyd edilib.

Fransız hücumçu 2017-ci ildə “Borussiya Dortmund”dan 105 milyon avroya “Barselona”ya keçib. O, 2022/2023 mövsümündə Kataloniya klubunun heyətində bütün turnirlərdə 35 oyun keçirib, səkkiz qol və doqquz məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Barsa” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” portalına görə bir onun dəyəri 60 milyon avrodur.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button