İdman
Baş məşqçi mətbuat konfransına gəlmədi
Sloveniyanın “Olimpiya” klubu Avropa Liqası pley-off mərhələsinin oyununda Bakıda “Qarabağ”la 1:1 hesablı heç-heçə edib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Lyublyana təmsilçisinin baş məşqçisi Joao Enrike matçdan sonra keçirilən mətbuat konfransında iştirak etməyib. Portuqaliyalı mütəxəssis jurnalistlərin qarşısına çıxmaqdan imtina edib.
Qeyd edək ki, “Qarabağ” iki oyunun nəticəsinə əsasən, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. “Olimpiya” isə mübarizəni Avropa Konfrans Liqasında davam etdirəcək.
Milli.Az