Uncategorized

Baş nazir Zəngəzur dəhlizinin açılmasından danışdı

Zəngəzur dəhlizinin açılması ölkə iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, Azərbaycanın regionda çəkisini artıracaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu şənbə günü “Heydər Əliyev və Azərbaycan müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda keçirilən konfransda Baş nazir Əli Əsədov deyib.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, ev-eşiyindən didərgin düşmüş soydaşlarımızın öz doğma yurdlarına qayıtması idi. Heydər Əliyev o günün gələcəyinə dərindən inanırdı.

“Ata vəsiyyətini şərəflə yerinə yetirmiş Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı və parlaq qələbəsi, Qarabağın tacı olan Şuşada üçrəngli bayrağımızın dalğalanması Heydər Əliyevin amallarının təntənəsidir.

Bu gün işğaldan azad olunmuş torpaqlarımızda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni bir hünər dastanı yazılır, şəhər və kəndlərimiz dirçəlir.

Qarabağ və Şərqi Zəngəzur genişmiqyaslı tikinti, inşaat, quruculuq meydanına çevrilib və Böyük qayıdış proqramının gerçəkləşməsi ilə bu torpaqlarda həyat yenidən canlanmağa başlayıb.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu torpaqlardakı dini, tarixi abidələrimizin, mədəniyyət incilərimizin bərpası və yenidən qurulması sahəsində böyük layihələr həyata keçirir”, – deyə Ə.Əsədov bildirib.

O vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti nəticəsində Azərbaycan öz tarixinin ən möhtəşəm yüksəliş dövrünü yaşayır.

“Heydər Əliyev deyirdi: “Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur”.

Bugünkü Azərbaycan Ulu Öndərin əsasını qoyduğu, arzuladığı və görmək istədiyi ən güclü Azərbaycandır”, – deyə Baş nazir əlavə edib.

Milli.Az 

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button