Ölkə

Bayağı oxuyanlara xüsusi buraxılış həsr edirlər

Əməkdar artist Təyyar Bayramov verilişlərdən şikayətçidir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə qonaq olduğu “Rəngarəng” verilişində deyib. T.Bayramov aparıcıların proqramda onlardan daha az muğam oxumalarını istədiyini açıqlayıb:

“Efirə çağıranda deyirlər ki, muğamı az oxuyun. Daha əhval-ruhiyəli ifa edin”.

Xalq artisti Zabit Nəbizadə onun sözünü kəsərək səsləndirdiyi fikirləri təsdiqləyib. Xanəndə hətta efirdə ümumiyyətlə muğam oxunmasını istəməyən verilişlərin olduğunu vurğulayıb:

“Hətta deyirlər verilişdə muğam olmasın. Deyirəm, onda məni niyə çağırmısınız? Efirlərdir onları işıqlandıran. Meyxana deyənlər belə başlayıb mahnı oxumağa”.

T.Bayramov verilişin bir bölümünün tamamilə bayağı mahnı ifa edən müğənnilərə həsr olunmasına da əsəbiləşib:

“Efirlər 4 Xalq artistini bir verilişə yığır, bayağı oxuyana isə götürüb xüsusi buraxılış həsr edirlər. Efirlər onu brendləşdirir. Sənətkarı çağırıb, ondan danışmaq lazımdır. Baxın, hansı muğam ifaçısını tək gətirib veriliş çəkmisiniz?”

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button