İdman

Beynəlxalq İdman Festivalında növbəti qızıl medallar qazanıldı

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında Azərbaycan idmançıları növbəti medalları ölkəmizə gətirəcəklər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qadın güləşində mübarizə aparan Birgül Sultanova (65 kq) serbiyalı Mariya Tsvetkovaya qalib gələrək bürünc medal qazanıb.

Qadın güləşində mübarizə aparan digər idmançımız Mərziyyə Sadıqova (72 kq) rəqibi rusiyalı Violetta Vlasovanı 6:2 hesabı ilə üstələyərək qızıl medal qazanıb. Boksda mübarizə aparan Tural Sarıyev (51 kq) erməni döyüşçü Hayk Alaberkyan ilə döyüşdə son anda qalibiyyəti əldən verib və gümüş medalla kifayətlənib.

Boksda ölkəmizi təmsil edən digər boksçu Nicat Hüseynov (51 kq) Rusiyalı rəqibi Roman Osipovu rinqdən məyus ayrılmağa vadar edib və qızıl medalı aktivinə yazdırıb.

Boksçumuz Fərhad Şeydayev (75 kq) rəqibi rusiyalı Eduard Gabitova məğlub olaraq gümüş medal qazanıb.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə – badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button