Siyasət

Beynəlxalq Məhkəmə erməni lobbisinin təzyiqindən sonra bu tviti sildi

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın “Laçın” nəzarət-buraxılış məntəqəsindən (NBM) və Laçın yolundan sərhəd mühafizəçilərini geri çağırması üçün Ermənistan tərəfin iddiasını rədd etmək qərarı ilə bağlı öz Tvitter səhifəsində paylaşım edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, görünür, Beynəlxalq Ədalət Məhkəməsi erməni lobbisinin təzyiqinə davam gətirməyib, 14 iyul tarixli paylaşım həmin vaxtdan səhifədən silinib.

Hərçənd məhkəmənin qərarı ədalətli idi, belə ki, Ermənistandan Azərbaycan ərazisindəki erməni hərbi birləşmələri üçün şəxsi heyətin, döyüş sursatlarının, mina və digər hərbi texnikanın qanunsuz daşınması qarşısını almaq məqsədilə Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın mütləq hüququdur.

Həmin vaxtdan Ermənistan var qüvvəsilə Azərbaycanla sülh danışıqlarına, həmçinin Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasına mane olmağa çalışır.

Sərhəddən əldə edilmiş kadrlarda nəzarət-buraxılış məntəqəsinin yanından humanitar yüklərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin, həmçinin Qarabağın erməni sakinlərinin keçməsi görünür ki, bu da Ermənistanın təbliğatını tamamilə təkzib edir.

Beləliklə, bu, Ermənistan tərəfinin qəsdən Azərbaycanla sülh prosesinə mane olmaq, yalan yaymağa davam etmək üçün daha bir “gediş”i idi və göründüyü qədərilə, Beynəlxalq Ədalət Məhkəməsi təəssüf ki, bunu dəstəkləyir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button