Mədəniyyət

Beynəlxalq müsabiqələr laureatı Teymur Kazımovun solo konserti keçirildi

Beynəlxalq müsabiqələr laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Orta ixtisas musiqi məktəb-studiyasının məzunu, hazırda N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazımovun solo konserti keçirildi.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Tədbirin aparıcısı və təşkilatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina idi. Müşayiəti BMA-nın konsertmeysteri Dilarə Kərimova etdi.

Tədbirin əvvəlində Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov toplaşan ictimaiyyət qarşısında çıxış etdi.

İ.Zinnurov çıxışında Teymuru uğurları münasibətilə təbrik edib, istedadlı gənclərin yetişdirilməsində müəllim və valideynlərin mühüm rolunu vurğulamışdır.

BMA-nın Məktəb-studiyasında oxuduğu illərdə T.Kazımov artıq bir sıra nüfuzlu beynəlxalq müsabiqələrin qalibi olmaqla beynəlxalq arenada özünü təsdiqləməyi bacarmışdır.

Teymurun parlaq nailiyyətlərindən biri görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin qızı Pərvin Muradova-Dilbazinin təşkil etdiyi “Florida Keys” VIII beynəlxalq musiqili müsabiqəsində iştirakı olub. Bu il müsabiqə Heydər Əliyevin 100 illik yubileyinin keçirilməsi ili çərçivəsində təşkil olunmuşdur. Müsabiqədə Teymur bir neçə klassik əsər, o cümlədən Müslüm Maqomyevin Heydər Əliyevin sevimli mahnılarından olan “Bahar yurdu, Azərbaycan” mahnısını təqdim edib. Bu əsərin ifası onun müsabiqənin Qran-prisinin və Heydər Əliyevin xüsusi pul mükafatının sahibi olmasına kömək etdi. Teymur bu qələbəsini BMA-nın Məktəb-studiyasının yaradıcısı, 43 il direktoru olmuş və təəssüf ki, bu il vəfat etmiş professor Tərlan Seyidovun xatirəsinə həsr edib. Konsert proqramına dünya opera sənətinin inciləri, o cümlədən Teymur Kazımovun dostlarının ifasında məşhur estrada mahnıları daxil edilmişdir. Çıxış etdilər Azərbaycanın Əməkdar artisti Anton Ferştandt, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xor Kapellasının artisti Fərhad Ələkbərov, beynəlxalq müsabiqələr laureatı Kamilla İmanova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının xor artisti Ruslan Persan.

Tədbirin qonaqları diplomatik korpusun nümayəndələri, mədəniyyət ziyalıları, eləcə də soydaşlarımız olub.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button