İdman

Beynəlxalq Universitet İdman Festivalının bağlanış mərasimi keçirilib

Avqustun 31-də Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalının bağlanış mərasimi keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbir Yekaterinburqun Beynəlxalq Sərgi Mərkəzində təşkil olunub.

İlk olaraq festivalda iştirak edən ölkələrin bayraqları səhnədə nümayiş olunub.

Tədbirdə çıxış edənlər yarışda bütün ölkələrin idmançılarının aktiv iştirak etdiyini vurğulayıblar, gələcəkdə də daha çox uğur qazanacaqlarını qeyd ediblər.

Daha sonra Rusiya Federasiyasının Dövlət Himni səsləndirilib.

Beynəlxalq Universitet İdman Festivalının qapanış mərasimi musiqili şou proqram və müxtəlif səhnəciklərlə başa çatıb.

Qeyd edək ki, Festival Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri ümumilikdə 14 idman növündə qüvvələrini sınayıblar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edib. Təmsilçilərimiz 8 idman növündə – badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışıblar.

İdmançılarımız ümumilikdə 28 medal əldə ediblər. Bunların dördü qızıl, səkkizi gümüş, on altısı bürüncdür. Yarışda Azərbaycan medalların sayına görə altıncı yeri tutub.

Ev sahibi Rusiya birinci, Çin ikinci, Braziliya isə üçüncü pillənin sahibi olub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button