Ölkə

Biləsuvarda qəzada motosiklet sürücüsü öldü

Biləsuvarda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az APA-ya istinadən bildirir ki, yol-nəqliyyat hadisəsi Biləsuvar-Bəhramtəpə avtomobil yolunda, Biləsuvar rayonunun Nəsimi kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun İsmətli kənd sakini, Kənan Cəbrayılov idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə rayonun Nərimankənd kənd sakini 1969-cu il təvəllüdlü Sərxoş Quliyevin idarə etdiyi motosikletlə toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü və sərnişin 2007-ci il təvəllüdlü Rəsul Quluzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar rayon mərkəzi xəstəxanasına aparılıblar. Həkimlərin səylərinə baxmayaraq, S. Quliyevin həyatını xilas etmək olmayıb o, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button