Ölkə

Binə qəsəbəsində DÖZÜLMƏZ VƏZİYYƏT: Evləri su basdı

Bakının Xəzər rayonu, Binə qəsəbəsi, “Südçülük savxozu” ərazisində yolları və məhəllələri yağış suları basıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, sakinlər bildirirlər ki, ümumiyyətlə sözügedən yaşayış məntəqəsinin yolları bərbad vəziyyətdədir, kanalizasiya şəbəkəsi yoxdur. 

Mövcud vəziyyət səbəbindən sakinlər maşınlarını tez-tez təmir etməli, üstəlik, suyun içərisindən keçməklə məktəbə getmək məcburiyyətində qalan uşaqlarına yeni geyim almalı olurlar.

Ərazidə yaşayanlar deyirlər ki, nəinki ictimai nəqliyyat, yolların pis vəziyyətdə olmasına görə təcili yardım maşınları da əraziyə gəlməkdən imtina edir.

Qardaşxan Əhmədli küçəsinin sakinləri iddia edirlər ki, aidiyyəti dövlət qurumlarına bununla bağlı bir neçə dəfə müraciət ediblər.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button