Ölkə

“Binəqədidə bu ərazinin yolu bərbad olduğundan Təcili Yardım Çağırışı belə gəlmir”…

Paytaxtın Binəqədi qəsəbəsinin bir qrup sakini, küçələrinin vəziyyətindən narazıdır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər Fəxrəddin Qurbanov və birinci mədən küçələrindəndir.

Sakinlər iddia edir ki, bir neçə ay bundan əvvəl yaşadıqları küçəyə su və kanalizasiya xəttdi çəkilib. İşlər bitdikdən sonra isə aidiyyəti qurum qazılmış yolu bərpa etməyib.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirilib ki, qeyd olunan ərazidə kanalizasiya şəbəkəsi yaradılıb və evlərə birləşmələr verilib. ”Asfalt örtüyünün bərpasına gəlincə, layihədə yalnız qazılmış hissənin bərpası nəzərdə tutulsa da, sakinlər bütün küçə və dalanların asfaltlanmasını təkidlə tələb edirlər. Bununla əlaqədar gələn həftə əraziyə qurumun mütəxəssisləri bir daha baxış keçirəcək və müvafiq qərar veriləcək”-deyə məlumatda bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button