“Binaların həyətlərində olan qarajlar…” – Deputatdan maraqlı təklif

Binaların həyətlərində olan qarajlar iş vaxtlarında parkinq üçün icarəyə verilsin.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu deputat Naqif Həmzəyev parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, bir çox vətəndaşlar parklanmaya pul verməmək üçün avtomobillərini binaların həyətlərində saxlayırlar.
“İş vaxtlarında binaların həyətlərində hərəkət etmək mümkün olmur. Ona görə də iş vaxtlarında binaların həyətlərində olan qarajların iş vaxtlarında parkinq üçün icarə verilməsi bu problemi müəyyən dərəcədə aradan qaldıra bilər”, – deyə deputat əlavə edib.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) parklanmanın idarə edilməsi ilə bağlı mobil tətbiqi artıq istifadəyə verib. İstifədəçilər mobil tədbiq vasitəsilə boş parklanma yerlərini tapa bilirlər. Mobil tətbiq istifadəçilərin vaxtlarına qənaət etməyə imkan verir. Parkalanma yerlərinin doluluğu ilə bağlı məlumatlar mobil tətbiqdə xəritə üzərində rənglərlə əks edilir.
Milli.Az