Siyasət

Bir həftədir cavab gözləyirik – Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti

Artıq bir həftədir Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) nümayəndələri və könüllüləri buradadır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu Trend-in Qarabağ bürosuna açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə deyib.

O bildirib ki, cəmiyyət rəhbərliyi tərəfindən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanlığı ilə müvafiq danışıqlar aparılıb:

“Hələlik qarşı tərəfdən müsbət cavab almamışıq. Hazırda qarşı tərəfin cavabını gözləyirik. Müsbət cavab verildiyi halda, biz dərhal müsbət reaksiya verəcəyik və ərzaq yükünün erməniəsilli sakinlərə çatdırılmasını təmin edəcəyik.

Bundan başqa, müəyyən texniki məsələlər həllini tapandan, AzQAC əməkdaşlarının təhlükəsizliyinə tam zəmanət veriləndən sonra mütəxəssislər cəlb etməklə monitorinq işləri aparacağıq, qiymətləndirmə edəcəyik. Sonra isə erməniəsilli şəxslərin nəyə ehtiyacı olarsa, müəyyənləşdiriləcək, qiymətləndiriləcək və həmin ehtiyacların onlara çatdırılmasına kömək edəcəyik”.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Ərzaq dolu yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button