Birinci olmadığı üçün ağladı, üçüncülük də əlindən çıxdı
Taylandda keçirilən “Miss Grand International” müsabiqəsi qalmaqallı hadisə ilə yadda qalıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, Myanma təmsilçisi 18 yaşlı Thae Su Nyein birinci ola bilmədiyi üçün səhnədə hönkür-hönkür ağlayıb. Müsabiqədən sonra təşkilatçı tərəfindən tacı və kəməri çıxarılaraq səhnədən uzaqlaşdırılan Nyeinin həmin andakı görüntüləri sosial mediada yayılıb.
Yarışın təşkilatçıları Nyeinin titulunun “uyğun olmayan davranış və hərəkətlərə” görə rəsmi olaraq ləğv edildiyini açıqlayıb.
Myanmarın müsabiqə üzrə səlahiyyətli təşkilatçıları bundan sonra yarışmaya təmsilçi göndərməyəcəklərini bildiriblər.
Müsabiqədə Nyeinin əvəzinə üçüncü yer fransalı Safietou Kabengele verilib. Yarışmanın qalibi isə hindistanlı Raçel Qupta olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun