Ölkə
Birinin 134, birinin 109 yaşı var
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkisi keçiriləcək.
Milli.Az modern.az-a istinadla xəbər verir ki, Azərbaycanın bu səsvermədə ən yaşlı seçicisi 1890-cı il təvəllüdlü Tamam Əli qızı Əzizovadır. Tamam Əzizova 78 saylı Lənkəran kənd seçki dairəsində qeydiyyatdadır. O, Lənkəranın Digah kəndində yaşayır.
Azərbaycanda ən yaşlı kişi seçicinin isə 109 yaşı var. 1915-ci il təvəllüdlü Hilal İsa oğlu İbrahimov 29 saylı Sabunçu dördüncü seçki dairəsinin 37 saylı məntəqə seçki komissiyasının seçici siyahısındadır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun