Uncategorized

Bizə bu günü yaşadanların qarşısında baş əyirik – Laçın sakini

Laçından çıxanda mənim 42 yaşım var idi, indi 73 yaşındayam.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu Trend-ə açıqlamasında bu gün öz doöma yurd-yuvasına qayıdan növbəti Laçınlılardan olan Əliyeva Sərfinaz deyib.

31 il sonra öz evinə qayıdan Laçın sakini hisslərini bu sözlərlə ifadə edib:

“Allah o günləri bir də heç kimə göstərməsin. O günlər çox dəhşətli idi. Allah-təaladan istəmişəm, Ali Baş Komandanımızın canını sağ eləsin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canını sağ eləsin. Bizə bu günü yaşadanların qarşısında baş əyirik. Sevincimizin həddi-hüdudu yoxdur. Çox sevinirik, həm də həyəcanlanırıq. Biz o torpaqlarımıza qayıdırıq”.


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün – iyulun 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 22 ailə – 79 nəfər köçürülüb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button