Ölkə

“Bizdə plan olmur, asılı adamıq…”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə xalq artisti Rasim Balayev “İstiqlal” ordeni ilə təltif edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, “qafqazinfo” sabah 75 yaşını qeyd edəcək aktyorla əlaqə saxlayıb.

Ad gününü ailəsi və qohumları ilə birlikdə evində qeyd edəcəyini deyən aktyor ilk növbədə təltif olunduğu “İstiqlal” ordeni ilə bağlı Prezidentə təşəkürünü bildirib: “Bundan sonrakı fəaliyyətimdə nələrin olacağını ancaq gələcək göstərəcək. Bizdə plan olmur. Aktyor asılı adamdır. Rejissor çağıra da bilər, çağırmaya da…”

Qeyd edək ki, Rasim Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub. Aktyor “Nəsimi”, “Babək”, “Dədə Qorqud” kimi məşhur filmlərdə canlandırdığı obrazları ilə sevilib. O, 1976-cı ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti”, 1998-ci ildə “Şöhrət” 2018-ci ildə “Şərəf” ordeni fəxri adları ilə təltif olunub.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button