Ölkə

“Bizim kimi gənclər göz önündə olmalıdır”

Əməkdar artist Ruhəngiz Allahverdiyeva ilə Elit Star Cəmilə arasında qalmaqal yaşanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az olay-a istinadən bildirir ki, buna səbəb “Elgizlə izlə” verilişində qonaq olan R. Allahverdiyeva haqqında telefon bağlantısı zamanı Elit Starın səsləndirdiyi fikirlər olub.


O, “Ölkədə üç gözəl lirika oxuyan varsa, biri Röya Ayxandır, biri Aygün Kazımovadır, bir də mənəm. TikTok-da mahnılarım trenddədir. Məni Amerikaya dəvət ediblər. Sizin şəraitiniz var. Studiyada mətbəx qurun. O qız (Ruhəngiz Allahveridyevanı nəzərdə tutur – red) bakılıdır, gözəl əl qabiliyyəti var. Hər həftə bir yemək bişirsin. Amma oxumasın. Oxusun… “Məndən bir də olmayacaq” mahnısını uşaq vaxtı eşidirdim, gözəl mahnıdır. Bizim kimi gənclər hər zaman göz önündə olmalıyıq”, – deyə, bildirib.

R. Allahverdiyeva Elit Stara bu sözlərlə cavab verib:

“Mənim oxuduğum mahnının yanından da keçə bilməzsiniz. Deyir, quymaq çalsın, bacarırlarsa, onlar da bişirsinlər. Mənim heç kimlə işim yoxdur. Mənə toxunmasınlar. Kimlərin məclislərində oxumuşam. Deməli, onların musiqidən anlayışı olmayıb? Gülməli çıxır”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button