Ölkə

BMT Baş katibinin birinci müavini Bakıya gəlir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin birinci müavini Əminə Məhəmməd gələn həftə Azərbaycana səfər edəcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik Report-a açıqlamasında bildirib.

Mətbuat katibi qeyd edib ki, Əminə Məhəmməd COP29 konfransından əvvəl, yəni 10-11 oktyabr tarixlərində Bakıda keçiriləcək COP-öncəsi tədbirdə iştirak edəcək:

“Səfər çərçivəsində Baş katibin birinci müavini Bakıda Azərbaycanın dövlət və hökumət rəsmiləri, COP29 çərçivəsində bir çox üzv dövlətlərin nümayəndə heyətlərinin üzvləri ilə görüşlər keçirəcək. Görüşlərdə COP29 hazırlıqları və müxtəlif mövzularda fikir mübadiləsi aparılacaq. Ə.Məhəmməd 11 oktyabrda Nyu-Yorka dönəcək”, – sözçü bildirib.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button