Ölkə
BMT Təhlükəsizlik Şurası təcili toplanır
BMT Təhlükəsizlik Şurası Qəzza zolağında baş verən son hadisələri və vəziyyəti müzakirə etmək üçün bu gün fövqəladə iclas keçirəcək.
Milli.Az oxu.az-a istinadən bildirir ki, görüşün təşəbbüskarları Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çin olub.
“Qəzzada vəziyyətin pisləşməsi, Əl-Şifa xəstəxanasına hücum, Cəbəliyə qaçqın düşərgəsinə təkrar hücumlar fonunda BƏƏ və Çin noyabrın 6-da qapalı məsləhətləşmələr keçirməyə çağırıblar”, – deyə BƏƏ-nin BMT Təhlükəsizlik missiyasının məlumatında bildirilir.
Milli.Az