Ölkə
Bölgələrə yağış yağacaq, dolu düşəcək
Azərbaycanın rayonlarında iyulun 21-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun