Ölkə

Bölgələrdəki çimərliklərdə istirahət neçəyə başa gəlir?

Bölgələrdəki çimərliklərin bəzilərinə giriş 10 manat, bəzilərinə isə ödənişsizdir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, belə istirahət məkanlarına həm yerli sakinlər, həm də digər rayon və şəhərlərdən üz tutanlar var.

Həmin çimərliklərin bir neçəsində xidmətlərin qiymətlərini araşdırdıq. Məlum oldu ki, Mingəçevir çimərliyinin ərazisinə daxil olmaq üçün 10 manat ödəniş etmək lazımdır. Qida istisna olmaqla bütün xidmətlər bu ödənişə daxildir.

Lənkəran çimərliklərində hər xidmətdən istifadəyə görə bəzi məkanlarda bir nəfər üçün 1, bəzilərində isə 2 manat ödəniş tələb olunur. Uşaqlara isə bu xidmətlər pulsuzdur.

Nabran çimərliklərinə və dənizkənarı otellərə üz tutanlar isə daha çoxdur. Belə otellərdən birinin direktoru Müstəqim Məmmədov bildirir ki, istirahət məkanının ərazisinə yaxın çimərliklərə giriş pulsuzdur. Çətir və söhbətgahlar isə 5 manata təklif olunur. Bu qiymətə masa və şezlonq da daxildir.

İstirahət edənlər deyirlər ki, bura hər kəs başqa rayon və şəhərlərdən gəldiyi üçün hotel xidmətlərindən yararlanmaq daha sərfəlidir.

Müqayisə etdikdə aydın şəkildə görmək olur ki, bölgələrdəki çimərliklərdə xidmətlər paytaxtdakından xeyli ucuzdur. Çünki rayonlarda bu xidmətlərə təxminən 5-10 manat xərclənirsə, Bakıdakı çimərliklərdə təkcə çətirlərin qiyməti 10-15 manat arası dəyişir. Bundan başqa, söhbətgahlar 15-20, şezlonqlar 3-5, duş isə 1 manata təklif olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button