Ölkə
“Bolt”un sürücüsü qəza törətdi: ölən var
Abşeron rayonu, Hökməli qəsəbəsində piyadanın ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, “Bolt” şirkətinin sürücüsü Şücai Məhəmməd Şirəli oğlu taksi kimi idarə etdiyi “Hyundai Accent” markalı 77- XQ-609 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Hökməli qəsəbəsində piyada Tağıyev Vaqif Vidadi oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az