Ölkə
“Boşanmağı mən istəmədim”
Türkiyəli aktyor Mehmet Aslantuğ keçmiş həyat yoldaşı Arzum Onanla boşandıqdan sonra ilk dəfə məsələ ilə bağlı açıqlama yayıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor ayrılmağı eks-xanımının istədiyini vurğulayıb:
“Boşanmağı mən istəmədim. Arzumu da aldatmamışam. O, artıq yorulduğunu və yenidən özünü tapmaq istədiyini və bu səbəblərdən ayrı evə çıxmaq istədiyini dedi”.
Mehmet iş qadını Gözde Akpınarla eşq yaşadığı iddialarını isə təkzib edib.
Milli.Az