Ölkə

Böyük Britaniya COP29-da iqlim maliyyəsi gündəliyini dəstəkləməyə hazırdır – Səfir

Böyük Britaniya Bakıda keçiriləcək COP29-da iqlim maliyyəsi gündəliyini dəstəkləməyə hazırdır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Trend xəbər verir ki, bu barədə ölkənin Azərbaycandakı səfiri Ferqus Auld bildirib.

“Son 11 ay ərzində biz bu tədbirə hazırlaşırdıq. Yaxın iki həftə ərzində dünyanın diqqəti Bakıya yönələcək. Böyük Britaniya hökuməti istixana qazları emissiyalarının azaldılması və “yaşıl” iş yerlərinin yaradılmasına kömək etmək üçün COP29-da iştirak edəcək. Geri sayım bitdi. Hərəkət etmək vaxtıdır”, – deyə o videomüraciətində bildirib.

Qeyd edək ki, sabah Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası öz işinə başlayır. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. “COP” (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan “Tərəflərin Konfransı” mənasını verir.




Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button