İdman

“Böyük futbolda normal təklif olsa, dəyərləndirəcəyəm”

“Böyük futbolda normal təklif olsa, dəyərləndirəcəyəm”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az İdman.biz-ə istinadən xəbər verir ki, bunu Azərbaycanı minifutbol üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Birbaşa Bakı”nın futbolçusu Təmkin Xəlilzadə yarışdan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

O, karyerasını bitirmədiyini söyləyib: “Son olaraq “Zirə”də çıxış etmişəm. Baş məşqçi Rəşad Sadıqovla görüşdük və halallaşdıq. Premyer Liqa və ölkə xaricindən təkliflər var idi. Lakin ortaq məxrəcə gələ bilmədik. Minifutbolda oynamağı səbirsizliklə gözləyirəm”.

Xəlilzadə turnirin maraqlı alınacağını vurğulayıb: “Ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Məşqlərimiz davam edir və yaxşı hazırlaşırıq”.

Qeyd edək ki, “Birbaşa Bakı” C qrupunda “Prestij” (Albaniya), “Volta” (Moldova) və “Maqufana” (Yunanıstan) ilə qarşılaşacaq.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button