Ölkə

Böyükağa Şükürovun müəmmalı ölümü yenidən araşdırılacaq

Ötən ilin noyabrında “İstanbul NS” klinikasında vəfat edən iş adamı, uzun illər “Natavan” trikotaj fabrikinin rəhbəri olmuş Böyükağa Şükürovun ölümü yenidən araşdırılacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi rayon prokurorunun B.Şükürovun ölüm faktı ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarını ləğv edib.

Məhkəmə toplanmış material üzrə araşdırmaların davam etdirilməsinə qərar verib.

Qeyd edək ki, Böyükağa Şükürovun qardaşı Qabil Şükürov “Qafqazinfo”ya müraciətində onun ölümündə şübhəli məqamların olduğunu iddia etmişdi. O, toplanmış materialların Nərimanov Rayon Prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə verilməsi ilə bağlı müraciət edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button