BQXK nümayəndələri Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsindən keçirlər – VİDEO

Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb

Milli.Az Trend-ə istinadən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobillərinin Laçın yolunda Gorus-Xankəndi istiqamətində dövlət sərhəddindən keçidinin rəsmiləşdirilməsi prosesindən eksklüziv kadrları oxucularının diqqətinə çatdırır.

Kadrlar növbəti dəfə erməni mediasının Azərbaycan tərəfinin guya Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobillərini Xankəndiyə buraxmadığına dair dezinformasiyasını ifşa edir.

Erməni siyasətçilərinin və mediasının Azərbaycanın sərhəd işçiləri tərəfindən BQXK-nin fəaliyyətinə guya maneə yaradıldığına dair bəyanatları Qırmızı Xaç Komitəsinin İrəvan bürosu tərəfindən təsdiqini tapmayıb. BQXK da yayılan informasiyanın heç bir əsasının olmadığını bildirib.

Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Milli.Az

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir