“Bravo”ya basqın edənlərə hökm oxundu – Ömürlük həbs də var
“Bravo”ya silahlı hücumda təqsirləndirilən şəxslərə hökm oxunub.
Milli.Az APA-ya istinadən bildirir ki, Bakıda “Bravo” hipermarketin qarşısında silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Dəyanət Qüdrətov ömürlük azadlıqdan məhrum edilib.
İbrahim İbrahimov 19 il, Azər Məmmədov 19 il, Səbuhi Qurbanov 18 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Rövşən İsmayılov 4 il 11 ay 28 gün və Babək İsgəndərov 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum olunublar. Sonuncular məhkəmə zalında həbs ediliblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun