Ölkə

Brend geyimləri var, evinə gələnə çay verməyə stəkan tapmır

Əməkdar artist bəstəkar-müğənni Elza Seyidcahan İTV-də yayımlanan “Sabahın xeyir Azərbaycan” proqramının qonağı olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki, sənətçi açıqlamaları ilə yenə diqqət çəkməyi bacarıb. Müğənni bəzi xanımları tənqid atəşinə tutub.

Seyidcahanın yanaşması özünəməxsus olub:

“Xanım tanıyıram, oğlunu evləndirəndə aparmağa bir üzük tapmır. Eləsi var, evində süfrəsi, lazımlı əşyaları yoxdur. Bir rəfiqəm var, yası düşmüşdü. Evinə gələn qonaqlara çay vermək üçün 6 stəkan tapmadı. Süfrəyə qoyduqları hərəsi bir rəngdə idi. Ancaq geyimləri, çantaları, ayaqqabıları hamısı brenddir.

Mən, yaxşı mənada arvadam, hər bir tədarükümü öncədən görürəm. Bəziləri arvad ola bilməyib. Sənin evdə 200-300 manatın yoxdursa, sən nə xanımsan?

Qadının qızılı olmalıdır. Qızıl xanımın qoruyucusudur, pis gözü uzaqlaşdırır. Qara gündə köməyinə çatır. Keçmişdə qalmamışam, ancaq böyüklərimizdən qalan adət-ənənəni davam etdirirəm. Eyni əsrin insanlaryıq. İndiki gəncləri isə manqurtlaşdırıblar”. 

Tural Hüseyn 

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button