Ölkə

Brilliant Dadaşovanın oğlu 30 yaşını belə qeyd etdi

Bir neçə gün əvvəl 30 yaşına qədəm qoyan Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad ötən axşam özünə restoranların birində dəmdəsgahlı doğum günü məclisi keçirib. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildriir ki, gecədə Cahadın valideynləri, anası Brilliant Dadaşova, atası, Səməd Vurğun adına Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev və yaxınları iştirak edib. 

Əzizləri ilə birgə ad günü tortunu kəsən Cahad anası ilə birgə rəqs edib.

“Renka” ləqəbi ilə şou-biznesdə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradovanın gəlişi isə məclisi daha da coşdurub. Onlar birlikdə mahnı sədaları altında qol qaldırıb rəqs ediblər. Cahad həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Milli.Az

 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button