Ölkə

“Brilyant əl”in aktrisası sağalmaz xəstəlikdən əziyyət çəkir

Rusiyanın Əməkdar artisti, aktrisa Svetlana Svetliçnaya sağalmaz xəstəlikdən əziyyət çəkir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, 84 yaşlı aktrisa orta ağır vəziyyətdədir və baş, qulaq və boğaz ağrılarından daim şikayət edir.

Bildirilir ki, S. Svetliçnaya köməksiz hərəkət edə bilmir və günün çox hissəsini yataqda uzanıqlı vəziyyətdə keçirir.

Məlumata görə, aktrisaya simptomatik terapiya ediləcək.

Qeyd edək ki, aktrisa Azərbaycan tamaşaçılarına “Brilyant əl” filmindən tanışdır. O, ekran işində “Anna Sergeyevna” obrazını canlandırıb. Filmin çəkilişləri İçərişəhərdə də aparılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button