Bu ərazidə taksi dayancağı LƏĞV EDİLDİ
28 May küçəsindəki taksi dayanacağı ləğv edilib.
Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, sözügedən ərazidə nişanlama və xətləmə işləri tam yekunlaşmayıb.
“Avtobusların zolaqla hərəkətinin təmin olunması üçün zəruri infrastruktur qurulur. Ərazidə aparılan infrastruktur işləri ilə əlaqədar taksi duracağı ləğv edilib”, – deyə əlavə edilib.
Qeyd edək ki, Bakıda 26 küçə və prospektində uzunluğu 77 km-dən çox xüsusi hərəkət zolağı təşkil edilib. Müxtəlif ərazilərdə təşkil edilmiş bu zolaqlarla gün ərzində 67 232 dəfə avtobus hərəkət edir.
Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək. Növbəti mərhələdə daha 106 km avtobus zolaqları şəbəkəsinin təşkili nəzərdə tutulub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun