Ölkə

Bu ərazilərimizə qar yağdı – FAKTİKİ HAVA

Faktiki hava açıqlanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, oktyabrın 12-i saat 9-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 37 mm, Astarada 27 mm, Göytəpədə 26 mm, Ağsuda 10 mm, Yardımlıda 9 mm, Lerik, Quba, Qusar, Qrız, Xaltan, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Şahdağ, Tərtər, Biləsuvar, Yevlax, Kəlvəzdə 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 9 mm-dək olub.

Qrız, Qusarda qar örtüyünün hündürlüyü 1 sm olub.

Lerik, Qrız, Balakəndə duman müşahidə olunub.

Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Bərdə, Şəki, Şirvanda 18 m/s, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında 27 m/s -dək güclənib.

Neft Daşları stansiyasının verdiyi məlumata əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti oktyabr ayının 12-i gündüzədək davam edəcək. 13-14 oktyabr tarixlərində havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button